"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi kitabxana açılışı ilə “Demokratiya həftəsi”ni başa vurdu

--2018-10-24 / 16:51

Yasamal bələdiyyəsində rayon sakinləri üçün pulsuz kitabxana açılmışdır. Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb.

Bələdiyyədən daxil olan məlumata görə, yerli demoikratiya həftəsinin sonuncu günü keçirilən açılışda rayon ziyalıları yaxından iştirak edib. Bələdiyyənin inzibati binasında açılan kitabaxana ilkin olaraq müxtəlif adda və məzmunda 500 yaxın kitab toplanılıb.

Hər kəs bələdiyyənin inzibati binasına gələrək kitabxandakı kitablardan məhdudiyyətsiz istifadə edə biləcəklər.

Bununla yanaşı tədbir vaxtı bələdiyyədə gənclərin iştirakıyla rəsm sərgisi də keçirilib.

Belediyye.info

ŞƏRHLƏR